İranla Ermənistanın daha bir bağlılığı üzə çıxdı – ABŞ İrəvana sanksiya tətbiq edə bilər

Hazırda oxunan: İranla Ermənistanın daha bir bağlılığı üzə çıxdı – ABŞ İrəvana sanksiya tətbiq edə bilər

12765

Ermənistanda qeydiyyatda olan “Boeing-737” sərnişin təyyarəsi naməlum şəraitdə İranda peyda olub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “Şedevr+” Telegram kanalında yerləşdirilib.

Mənbə yazır ki, bir neçə gün əvvəl həmin “Boeing-737” Ermənistana enməli idi, ancaq Tehrana eniş edib. 

Ekspert Suren Sarkisyan Facebook səhifəsində yazıb ki, İrana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Ermənistanın aviasiya sahəsinin səlahiyyətli şəxslərinin bu addımı atması təəccüblüdür.

Qeyd edək ki, ABŞ istehsalı olan malları İrana satan və ya verən istənilən şirkətə, yaxud dövlətə rəsmi Vaşinqton sanksiya tətbiq edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin