Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbs olunub.
Bizim.Media xəbər verir ki, polis onu həbs etmək üçün VMHP-nin baş ofisinə daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Qaribaşvili baş nazir oldu - Gürcüstan prezidenti sərəncam verdi
Partiya tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər.
N.Meliya polis maşını ilə ərazidən uzaqlaşdırılıb.
Ofis yaxınlığında 10-dan çox şəxsin də saxlanıldığı bildirilir.
Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak itithamı ilə cinayət məsuliyyətinə cəlb olunub.
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılıb.
Bizim.Media