İranın Cənubi Xorasan əyalətində yerləşən Mod şəhərinin yaxınlığında baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb.
Bizim.Media "İRNA" ya istinadən xəbər verir ki, bu barədə Cənubi Xorasan əyalətinin yol polisinin rəisi Əlireza Rezai bildirib.
Onun sözlərinə görə, yerli vaxtla saat 04:06-da Bircənd-Sarbiş yolunun 25-ci kilometrində, Mod şəhərindən 5 kilometr məsafədə avtobus aşıb.
Ə.Rezai məlumat verib ki, 41 nəfər xəstəxanaya çatdırılıb, 3 yaralıya isə yerində tibbi yardım göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:20 / 22.03.2023
İranda avtobus AŞDI: Ölən və yaralananlar VAR
Hazırda oxunan: İranda avtobus AŞDI: Ölən və yaralananlar VAR
Hazırda oxunan: İranda avtobus AŞDI: Ölən və yaralananlar VAR
126720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.