“Ermənistanda məqsədyönlü anti-Rusiya kampaniyası yoxdur”.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.
Belə ki, o, müxtəlif siyasi dairələrin vaxtaşırı İrəvanda keçirdiyi anti-Rusiya aksiyaları ilə bağlı sualı belə cavablandırıb:
“On minlərlə rus Ermənistanda kifayət qədər dinc və rahat yaşayır, bizneslərini idarə edir, işləyir və bu kontekstdə heç bir şikayət daxil olmayıb. Bu fakt heç bir anti-Rusiya əhval-ruhiyyəsinin olmadığını açıq şəkildə göstərir.
Nümayişlərə və aksiyalara gəlincə, Ermənistan Konstitusiyası və qanunları sərbəst toplaşmaq azadlığına təminat verir. İrəvanda ölkə rəhbərliyinə qarşı tez-tez nümayişlər keçirilir".
Lakin Mirzoyan Rusiyanın bəzi siyasətçilərinin və media menecerlərinin Ermənistana girişinə qadağa qoyulması məsələsini şərh etməkdən imtina edib.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının ermənipərəst mövqeyi ilə tanınan deputatı Konstantin Zatulin, "RT" və "Sputnik"in baş redaktoru Marqarita Simonyan və media meneceri Aram Qabrielyanov Ermənistanda “persona non-qrata” elan edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:00 / 20.03.2023
“Ermənistanda anti-Rusiya kampaniyası yoxdur” – Mirzoyan
Hazırda oxunan: “Ermənistanda anti-Rusiya kampaniyası yoxdur” – Mirzoyan
Hazırda oxunan: “Ermənistanda anti-Rusiya kampaniyası yoxdur” – Mirzoyan
126516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.