Ermənistan Rusiyanın bu ölkədə yerləşən 102-ci bazanın potensialının genişləndirilməsində maraqlıdır.
Bizim.Media xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan beynəlxalq sərgidə Ermənistanı qabaqladı - FOTO
O, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqların nəzərə alındığını və bazanın silahlanmasının gücləndirilməsi yolunda doğru addımlar atıldığını bildirib:
“Mən əminəm ki, bu proses uzunmüddətli xarakter daşıyacaq”.
Bununla belə Arutyunyan Rusiyanın Ermənistana əlavə hərbi dəstələr yerləşdirməsinə ehtiyac olmadığını söyləyib.
Arutyunyan, həmçinin İrəvan və Moskvanın 102-ci bazanın müəyyən hərbi birliyinin Ermənistanın şərqinə dislokasiya olunması imkanlarıyla bağlı məsələ üzərində çalışdığını qeyd edib.
O, Ermənistanda olan Rusiya sərhədçilərinə əlavə funksiyaların verildiyini də vurğulayıb.
Bizim.Media