Təbrizdə etiraz zamanı öldürülən qızın bacısı 25 illik HƏBS EDİLDİ 

Hazırda oxunan: Təbrizdə etiraz zamanı öldürülən qızın bacısı 25 illik HƏBS EDİLDİ 

126295

Təbrizdə etirazlar zamanı güllələnən gənc qızın bacısına 25 il həbs cəzası verildi. 

Bizim.Media “Azad İran“a istinadən xəbər verir ki, o, Hədisin ölüm səbəbinin araşdırılmasını və cinayətkarları cəzalandırmağı tələb etdiyi üçün molla rejimi tərəfindən saxlanılıb.  

Qeyd edək ki, 22 yaşlı Hədis Nəcəfi sentyabrın 23-də Kərəc şəhərində hökumət məmurlarının atəşi nəticəsində şəhid olub. Molla rejiminin cəlladları onun qarnından, boynundan və ürəyindən üç dəfə atəş açıblar.  
Hədisin bədənində və üzündə ov tüfəngi güllələrinin izləri olub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin