Rusiya Federal Penitensiar Xidmətin (FPX) əməkdaşları tərəfindən İrkutsk vilayətindəki 6 saylı cəzaçəkmə müəssisəsində aparılan yoxlamalar zamanı təcavüz hadisələri aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə idarənin regional qərargahının saytında məlumat yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Həbsxanada yanğın törədildi
Mənbə yazır ki, şiddətə məruz qalan məhkum təcili olaraq regional xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, şübhəlilərdən, həmçinin təqsirləndirilənlərdən və məhkumlardan ifadələr alınıb.
Koloniyanın iki əməkdaşı artıq işdən kənarlaşdırılıb.
RBK televiziyasının məlumatına görə, kamerada məhkumlar arasında münaqişə yaranıb. Onlar bir nəfəri təhqir etməyə başlayıblar və əlindən Quran kitabını götürüblər. Nəticədə, məhkum əşyalarını yığaraq barakdan çıxıb.
Lakin sonra koloniya zabitləri onu görüblər və əllərini yapışqan lentlə bağlayaraq kameraya aparıblar.
Digər məhkumlar isə onu döyüblər və təcavüz ediblər. Bundan sonra onu çarpayının altına itələyiblər.
Məhkum orada bir neçə gün yatıb. O, vaxtaşırı olaraq huşunu itirib. Yoxlanışda məhbuslar yalandan onun adını çəkiblər.
Bizim.Media