"Jirinovskinin özü yaxşı qidalanır, sadəcə hay-küy salır" - Mütəxəssislər 

Hazırda oxunan: "Jirinovskinin özü yaxşı qidalanır, sadəcə hay-küy salır" - Mütəxəssislər 

12575

Rusiyanın Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovskinin rusların çəkisini məhdudlaşdırmaq barədə dediyi sözlər ciddi ictimai etiraza səbəb olub. Həkimlər siyasətçiyə birmənalı olaraq çox yaxşı qidalandığına eyham vurub.

Onların fikrincə, bu cür tövsiyələrin verilməsi sadəcə etikadan kənardır.

 

MÖVZU İLƏ BAĞLI:

Jirinovski tələbələri əlaçı olmamağa çağırdı


Bizim.Media xəbər verir ki, bu haqda məlumat Rusiya mediasında yer alıb.

Beləliklə, dietoloq Natalya Qriqoriyeva bədən kütlə indeksi kimi bir şeyin olduğunu xatırladıb.

"Əgər hər şeyi analiz etsəniz, onların hamısının yaxşı qidalandığı ortaya çıxacaq. Jirinovski kimi. Bunlar savadsız tövsiyələrdir. Jirinovski sadəcə hay-küy salır,  özünü mütəxəssis kimi göstərir. Müxtəlif boylu insanlar var. Boylarına görə çəkiləri olur ... Sadəcə çəki göstəricisi bir meyar deyil”. REN TV mütəxəssisdən sitat gətirir.

Jirinovski qeyd edib ki, məmurlara adi ruslardan 20 kiloqram çox çəki almasına icazə verilməlidir. 

Dietoloq bu fikirlərə görə bərk əsəbiləşib.

Rusiyanın keçmiş baş sanitar həkimi, indi Dövlət Dumasının deputatı Qennadi Onişenko da Liberal Demokrat Partiyası rəhbərinin şok təklifinə münasibət bildirib.

O, hesab edir ki, həmkarının ölkə vətəndaşları üçün müəyyən çəki məhdudiyyətləri təyin etmək hüququ yoxdur,  çünki bu, insan hüquqları baxımından qəbuledilməzdir.

Xatırladaq ki, bu gün Jirinovski məmurlar və sıravi vətəndaşlar üçün qanunvericilikdə çəki məhdudiyyətlərinin tətbiq edilməsini təklif edib.

Onun fikrincə, məmurların çəkisi 100, sıravi vətəndaşların çəkisi 80 kiloqramdan çox olmamalıdır. 

LDP lideri vurğulayıb ki, dövlət kilolu insanların müalicəsinə əlavə pul xərcləməyə məcbur qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin