Qarabağda müvəqqəti yaşayan ermənilərə kilsələrə və monastırlara getmələrinə kömək ediləcək.
Bizim.Media xəbər verir ki, bu fikirləri qondarma rejimin “başçısı” Arayik Arutyunyan deyib.
MÖVZU İLƏ BAĞLI:
“Araik təhlükəni hiss edir, Azərbaycana sığınmağa məcburdur” - Ekspert
O, Amaras monastır kompleksində ailəsi ilə birlikdə bir ayin mərasiminə qatılıb.
Erməni Apostol Kilsəsinin “Qarabağ Yeparxiyası”nın lideri, baş yepiskop Vrtanes Abrahamyan ayin təşkil edib.
Arutyunyan erməni kilsəsinin ictimai həyatda vacib rolunu vurğulayıb:
“Hər bazar günü insanlar avtobusla Xankəndidən Qarabağın müxtəlif bölgələrində yerləşən kilsələrə göndəriləcək”.
Bizim.Media