Paşinyandan MÜHARİBƏ ANONSU –  Ermənistanı bölgədə gərginliyi artırmağa kim həvəsləndirir?

Hazırda oxunan: Paşinyandan MÜHARİBƏ ANONSU –  Ermənistanı bölgədə gərginliyi artırmağa kim həvəsləndirir?

125485

Xəbər verdiyimiz kimi, martın 13-də Azərbaycan Respublikasının Prezident Administrasiyası Qarabağda yaşayan ermənilərlə növbəti təmasların Bakıda baş tutması üçün təkliflə çıxış edib. Lakin ermənilər müvafiq təmaslardan imtina etdiklərini açıqlayıblar.

Digər tərəfdən, Qərbi Azərbaycan İcması dünən yaydığı bəyanatda Qarabağ erməniləri ilə təmasları yüksək qiymətləndirdiklərini bildiriblər:

“Çünki, bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və reinteqrasiyadan keçir.  Eyni şəkildə, biz Ermənistan hökumətinin Ermənistandan qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə bizim danışıqlara başlamaq təşəbbüsümüzə cavab verməsini gözləyirik”.
 

MÖVZU İLƏ BAĞLI:

"Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı təklifinə cavab verib" - Paşinyan 


Martın 14-də isə Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə sözügedən yeniliklərlə bağlı fikirlərini bölüşüb. O, Qərbi Azərbaycan İcmasının təklifini ölkəsinə qarşı ərazi iddiası kimi dəyərləndirib.

Bizim.Media xəbər verir ki, millət vəkili Sahib Alıyev mövzu ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

“Paşinyan bugünkü brifinqdə bizim Qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıtması haqda təklifimizi "Ermənistana qarşı torpaq iddiası" və özləri üçün "qırmızı xətt" kimi dəyərləndirib. Qarabağdakı haylara gəldikdə bu zat onların "hüquq və təhlükəsizliklərinin beynəlxalq format çərçivəsində təmini"ni tələb edir”, - deyə deputat qeyd edib.

Sahib Alıyev Paşinyanın bu açıqlamalarının gərginliyin artmasına səbəb ola biləcəyini də vurğulayıb:

“Nikolun İkinci Qarabağ savaşında sanki zəfər çalmış tərəf ədasıyla Xankəndinə, Laçın yoluna beynəlxaq missiyanın göndərilməsi kimi daha bir neçə sərsəmləmənin ardınca bildirir ki, regionda vəziyyət gərginləşəcək.

Prezident Administrasiyasının Qarabağdakı haylara növbəti görüş təklifindən də göründüyü kimi biz bunda qətiyyən maraqlı deyilik. Azərbaycan vəziyyətin gərginləşməsində maraqlı olmadığı halda Paşinyan bunun anonsunu verirsə, demək ki, kimsə onu yeni avantüraya həvəsləndirir.

Bu, Türkiyə mediasında Qarabağa 4 min terrorçu göndərməyi planlaşdırdığı bildirilən İran da ola bilər, Fransa da”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin rəhbəri Fərid Şəfiyev isə qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatı və Qarabağ ermənilərinin Azərbaycanın mərkəzi orqanları ilə dialoqun 2-ci raundundan imtina etməsi gərginlik ehtimalının yüksək olduğunu göstərir: 
“Azərbaycan öz ərazisində qeyri-qanuni qurumlara və silahlı birləşmələrə dözmək fikrində deyil”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin