“44 günlük müharibə zamanı silah çatışmazlığı yox idi, “beşinci kolon” bizim ordumuzda fəaliyyət göstərdiyi üçün müharibəni uduzduq”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Ermənilərə məxsus Telegram kanalları isə onun dediklərini lağa qoyub:
“Özümüzü elə göstərək ki, sizə inanırıq. Belə məlum olur ki, siz baş nazir kimi ölkəni idarə edə bilmirsiniz, çünki bəzi mətləblər müharibədə hadisələrin gedişatını dəyişir, nəticədə ölkə ən yaxşı döyüşçülərini və torpaqlarını itirir. Belə olan halda ən azı baş nazir postundan getməliydin, çünki ölkəni necə idarə edəcəyini bilmirsən, Ermənistanı agentlər idarə edir...
Paşinyan hər zaman qışqırırdı ki, keçmiş korrupsionerlər və oğruları həbs etməyiblər. Belə çıxır ki, onlar korrupsioner və oğru deyillər? Madam ki, cinayət işi və həbslər yoxdur, deməli siz Ermənistan xalqını inandıra bilməzsiniz ki, bu, olmayıb. Ancaq olub.
İndi də bu gün 5-ci kolon ucbatından müharibənin uduzduğunu bəyan edir. Artıq müharibənin bitməsindən iki ildən çox vaxt keçib, heç olmasa bir general və ya hərbçi həbs olunub? Əgər kimsə həbs olunubsa və ya cinayət açılıbsa, deməli, tamam başqa səbəblərdən baş verib.
Bu o deməkdir ki, Paşinyan yenə milləti manipulyasiya edir. Məqsəd odur ki, xalq onu yox, başqalarını günahlandırsın...
Xatırladaq ki, 2018-2020-ci illərdə Nikol Paşinyan mətbuat konfransında bildirmişdi ki, əvvəlki 10 ildən fərqli olaraq daha çox silah əldə edilib.
Məğlubiyyətin səbəbini isə məhz “beşinci kolon”da görür. Onun fikri vəziyyətin və faktların öyrənilməsinə əsaslanır. Və tezliklə bu faktlar ictimailəşəcək.
Paşinyan onu da xatırladıb ki, hazırda 50-dən çox hərbçi casusluqda ittiham olunur, hətta həbs olunan yüksək rütbəli məmurlar da var”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:53 / 14.03.2023
Ermənistanı agentlər idarə edir - Paşinyanın əleyhdarları
Hazırda oxunan: Ermənistanı agentlər idarə edir - Paşinyanın əleyhdarları
Hazırda oxunan: Ermənistanı agentlər idarə edir - Paşinyanın əleyhdarları
125484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.