Gürcüstanda yenidən etiraz aksiyaları keçirilir. Mühafizəkarlar Tbilisidəki parlament binasından Avropa İttifaqını bayrağını götürərək, onu tapdalayıblar. Bu, polislə toqquşmaya çevrilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Gürcüstan” nəşri yayıb.
Mənbə yazır ki, “Mühafizəkarlar hərəkatı”nın tərəfdarları onu parlament binası qarşısında yandırıblar və əvəzində Gürcüstanın bayrağını asıblar.
Yeri gəlmişkən, Aİ bayrağına dəyən ziyana görə, hər bir vətəndaş 2021-ci ilin iyulundan 1000 lari (380 dollar) məbləğində cərimə olunur.
Gürcüstanın Daxili İşlər Nazirliyi Aİ bayrağının yandırılmasından sonra inzibati xəta işi açıb.
Nazirlik dövlət qurumunda asılmış Avropa Birliyinin rəsmi simvolunu ləkələyən qanun pozucularını müəyyən edib cərimələyəcəyini vəd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:03 / 14.03.2023
Gürcüstanda Avropa İttifaqının bayrağı YANDIRILDI – VİDEO
Hazırda oxunan: Gürcüstanda Avropa İttifaqının bayrağı YANDIRILDI – VİDEO
Hazırda oxunan: Gürcüstanda Avropa İttifaqının bayrağı YANDIRILDI – VİDEO
125457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.