"SSRİ-nin dağılması bəzi üzv respuklikaların qonşu dövlətlərdən torpaq oğurlmağı ilə başlayıb"
Bizim.Media xəbər verir ki, bunu Rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko özünün "Telegram" kanalında yazıb.
MÖVZU İLƏ BAĞLI:
"Müharibəni PUA-lar yox, Azərbaycan xalqı uddu" - Korotçenko
"SSRİ-nin ayağı altına minanı Qarabağ hərəkatı başladan separatçılar (ermənilər) qoydu. Onlar ittifaq ölkələrinin sərhədlərini ələ keçirərək Sovetləri dağıtdılar. Biz bunu unutmamalıyıq",- deyə Korotçenko fikrini tamamlayıb.
Qeyd edək ki, əksər politoloqlar da Sovet İttifaqının dağılmasının əsas səbəbkarı kimi Ermənistanı görürlər.
Bizim.Media