Qarabağ erməniləri Bakıya cavab verdi – Paşinyanın buna nə dəxli var?

Hazırda oxunan: Qarabağ erməniləri Bakıya cavab verdi – Paşinyanın buna nə dəxli var?

125386

Qarabağ erməniləri üzərində hakimiyyəti qəsb edən dəstə Azərbaycan Prezident Administrasiyasının reinteqrasiya ilə bağlı dialoqun Bakıda davam təklifinə cavab verib. Burada əsas elan edilmiş gündəm və görüş yeridir!!!

Bizim.Media xəbər verir ki, bu barədə siyasi analitik Fərhad Məmmədov özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Araik və komandası isə keçən dəfə olduğu kimi, Xocalıda, Volkovun ofisində siyasətdən uzaq sırf infrastrukturla bağlı görüşməyi təklif edir:

“Qeyd edək ki, cavab dünən axşam saatlarında Rusiya prezidenti ilə Ermənistanın baş nazirinin söhbətindən sonra formalaşıb.

Yəni Ermənistan rəhbərliyi ABŞ və Aİ vasitəsilə Bakı ilə Qarabağ erməniləri arasında dialoqda lobbiçilik edə bilmədi. Volkovun dialoqda iştirakı hələlik Paşinyanın beynəlxalq iştirak kimi təqdim edə biləcəyi yeganə şeydir.
Daha əvvəl təxmin etdiyimiz kimi, Qərbin Bakı ilə Qarabağ erməniləri arasında dialoq mövzusunu əngəlləməsi Rusiyanın xeyrinədir.

Azərbaycan “Vardanyan layihəsi”ni sonlandırdı, lakin Qərbin Bakı ilə Qarabağ erməniləri arasında dialoqun sülh müqaviləsi üzrə danışıqlarla paralel getməsi fikri Rusiyanın fəaliyyətinə təkan verir. Rusiyaya bu təkanı verən isə Ermənistandır. Rəsmi Bakı Qarabağ erməniləri ilə heç bir vasitəçisiz dialoq təklif etdi!

Yaxşı, Qərb?! Nə oldu?! Rusiyanın xeyrinə çalışır? Özü də Paşinyan vasitəsilə?!

Beləliklə, kart açılır!

Azərbaycan Qarabağ ermənilərini Bakıya çağırır, Ermənistan isə Qarabağ erməniləri vasitəsilə sülhməramlıların ofisində görüşməyi təklif edir!

Xatırlayın, Lavrov Bakıda demişdi ki, Moskvanın danışıqlar təklifi qalır, amma biz israr etməyəcəyik. İndi də İcevan tülküsünün quyruğu siçan tələsinə düşən kimi Paşinyan Moskvaya üz tutur.
Baxaq, tərəflərin mövqeləri nə dərəcədə fundamental olacaq... gələcək eskalasiya dövrü bundan asılıdır.

Bakının mövqeyi aydındır. İstənilən vasitəçiliklə danışıqların davam etdirilməsi üçün sərhəddə nəzarət əsas şərtdir”, - deyə o, bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin