Simonyan Gürcüstanı HƏDƏLƏDİ: “Heç kim sizi müdafiə etməyəcək, sadəcə çəkinəcəklər”

Hazırda oxunan: Simonyan Gürcüstanı HƏDƏLƏDİ: “Heç kim sizi müdafiə etməyəcək, sadəcə çəkinəcəklər”

124865

Martın 7-də Tbilisidə başlayan etiraz aksiyaları fonunda rusiyalı jurnalist Marqarita Simonyan Gürcüstanı raket zərbəsi ilə hədələyib.

Bizim.Media xəbər verir ki, bu barədə milliyətcə erməni olan jurnalist Marqarita özünün “Telegram” kanalında qeyd edib.

Simonyanın Gürcüstan paytaxtında etirazçıların “Suxumi! Suxumi! (Suxumi Gürcüstanın Abxaziya Muxtar Respublikasında, hazırda abxaz separatçılarının nəzarətində olan şəhərdir) kimi şüarlarına diqqət çəkərək bildirib ki, Tbilisidəki etirazlar Rusiyaya qarşı ikinci cəbhənin açılması məqsədi daşıyır.
Onun sözlərinə görə, rus qoşunları Tbilisinin mərkəzinə heç bir həssaslıq nümayiş etdirmədən girə bilər.

“Onların Kremlinoloqları qalmayıb, odur ki,  artıq onlara 2008-ci ilin avqust hadisələrinin təkrarlanacağı halında, heç kim Gürcüstanla bağlı təlaşa düşməyəcək və kömək üçün qoşun göndərməyəcək. Sadəcə olaraq, dərhal Tiflisdən çəkinəcəklər”, - deyə Simonyan bildirib.

Gürcüstanın paytaxtına hipotetik zərbənin səbəbini əsaslandıran Simonyan bəyan edib ki, rus qoşunları hazırda heç kimə həssaslıqla yanaşmırlar:

“Tbilisidə Kiyev-Peçersk birliyi yoxdur və ruslar heç vaxt özlərini gürcülərlə eyni xalq saymayıblar. Rusiya Federasiyası heç vaxt “Tbilisi Rusiyası” olmayıb.
Deməli, hər şey boşunadır. Gözəl şəhərə və onun sakinlərinə acımaq lazım idi, çünki özləri heyif ki, özlərinə acımadan bu etirazları başlatdılar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin