Gürcüstan xüsusi təyinatlıları etirazçıları parlamentin qapısından uzaqlaşdırmaq üçün su şırnaqlarından istifadə ediblər.
Bizim.Media “Sputnik Georgia”ya istinadla xəbər verir ki, daha əvvəl Tbilisinin mərkəzində etirazçılar ölkə parlamentinin binasını mühasirəyə alıblar.
Etirazçıların bir hissəsi parlament binasının girişinin qarşısındakı hasarı aşmağa cəhd edib.
Qeyd edək ki, Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsinin parlament tərəfindən qəbul edilməsinə qarşı etiraz aksiyaları davam edir.
Bizim.Media