Rusiyalı jurnalist və naşir, “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanov Ermənistana buraxılmayıb.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, arzuolunmaz şəxslər siyahısındadır.
"İrəvana çatanda ondan gözləməyi xahiş ediblər, sonra pasportunda problem olduğunu bildiriblər. Nəticədə onun arzuolunmaz şəxslər siyahısında olduğu üzə çıxıb", - mənbə bildirib.
Əldə edilən məlumata görə, jurnalist artıq biletini dəyişib və növbəti reyslə Rusiyaya qayıtmağa hazırlaşır.
Qabrelyanov İrəvana ikinci prezidentin ofisinin keçmiş rəhbəri Viktor Soqomonyanın təşkil etdiyi jurnalistlər üçün təlim çərçivəsində mühazirə oxumaq üçün gəlib.
Qeyd edək ki, Qabrelyanov Ermənistan hakimiyyətini sərt tənqid edib və onları dövlət əleyhinə mövqedə ittiham edib. O, vaxtaşırı öz Telegram kanalında Ermənistanın baş naziri Nikol Paşinyanın, onun həyat yoldaşının və yaxın çevrəsinin fəaliyyəti ilə bağlı məlumatlar dərc edib.
2022-ci ilin oktyabrında Ermənistan hökuməti “Rossiya seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan və Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.
Bizim.Media
- A-
- A
- A+
Region
10:07 / 08.03.2023
Jurnalist Aram Qabrelyanov Ermənistana buraxılmadı - Paşinyanın qara siyahısındadır
Hazırda oxunan: Jurnalist Aram Qabrelyanov Ermənistana buraxılmadı - Paşinyanın qara siyahısındadır
Hazırda oxunan: Jurnalist Aram Qabrelyanov Ermənistana buraxılmadı - Paşinyanın qara siyahısındadır
124351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.