Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim edilib.
Bizim.Media Gürcüstan mətbuatına istinadla xəbər verir ki, hökumətə İrakli Qaribaşvilinin rəhbərlik edəcək.
Siyahıda Mixeil Şxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Levan Davitaşvili ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri, Natia Turnava iqtisadiyyat və dayanıqlı inkişaf naziri, Cuanşer Burçuladze müdafiə naziri, Yekaterina Tikaradze məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri, Qoça Lortkipanidze ədliyyə naziri, İrakli Karseladze regional inkişaf və infrastruktur naziri, David Zalkaliani xarici işlər naziri, İvane Maçavariani maliyyə naziri, Vaxtanq Qomelauri daxili işlər naziri, Tea Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələrinə namizəd irəli sürülüblər.
Qeyd edək ki, Gürcüstan parlamentində yeni hökumətin tərkibinə fevralın 22-də baxılacaq.
Bizim.Media
- A-
- A
- A+
Region
09:15 / 20.02.2021
Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı: Adlar
Hazırda oxunan: Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı: Adlar
Hazırda oxunan: Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı: Adlar
12433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.