Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib.
Bizim.Media xəbər verir ki, Zurabişvili bu barədə xalqa müraciətində bildirib.
O, bu qanun layihəsini veto edəcəyini qeyd edib.
Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.
Bizim.Media
- A-
- A
- A+
Region
00:38 / 08.03.2023
Gürcüstan prezidenti etirazçıları DƏSTƏKLƏDİ
Hazırda oxunan: Gürcüstan prezidenti etirazçıları DƏSTƏKLƏDİ
Hazırda oxunan: Gürcüstan prezidenti etirazçıları DƏSTƏKLƏDİ
124326
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.