Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirilir.
Bizim.Media xarici KİV-ə istinadın xəbər verir ki, etirazçıların parlament binasına daxil olmalarına imkan verməyən polislə etirazçılar arasında insident baş verib.
Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.
Qeyd edək ki, qarşıdurma “Ağmaşenebeli strategiyası” partiyasının deputatı Paata Mandjqaladzenin bəyanatından sonra başlayıb.
Belə ki, P.Mandjqaladze keçirdiyi brifinqdə müxalifətin sona qədər, mübarizə aparacağını deyib və vətəndaşları parlamentə gəlməyə çağırıb.
Bizim.Media