Ərdoğan Türkiyə müxalifətindəki parçalanma haqda: “Onları öz mülkləri maraqlandırır”

Hazırda oxunan: Ərdoğan Türkiyə müxalifətindəki parçalanma haqda: “Onları öz mülkləri maraqlandırır”

123865

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət blokunda qarşıdurmanı qabaqcadan gördüyünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.

Türkiyə liderinin sözlərinə görə, opponentləri öz əmlaklarından narahat olublar: “Xalqın problemi onları ümumiyyətlə maraqlandırmır”.

Müxalifətdə olan İYİ Partiyasının lideri Meral Akşener martın 3-də bildirib ki, alyans artıq xalqın real maraqlarını əks etdirmir.

Münaqişə ona görə yaranıb ki, daha əvvəl 5 partiya Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini irəli sürmüşdü, İYİ Partiya isə İstanbul və Ankara bələdiyyə sədrlərini - Əkrəm İmamoğlu və Mansur Yavasın namizədliyini müzakirə etmək niyyətində idi.

“Oturdular, danışdılar, dağıldılar. Biz xalqın dolanışığı ilə maraqlanırıq, onlar isə öz mal-mülkləri ilə. Nə etsələr də, biz öz yolumuzla gedirik. Bir neçə ay əvvəl demişdik ki, belə olacaq”, – Ərdoğan deyib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də ölkədə ümumi seçkilərin mayın 14-də keçiriləcəyini təsdiqləyib. Özü də ikinci müddətə namizəd olacaq. Hələlik müxalifətin vahid namizədi açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin