İranda mülki geyimli polislər zəhərlənmiş şagirdlərin analarına hücum edib.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran parlamentinin keçmiş üzvü Mahmud Sadeqi yazıb:
“Şagirdlərin analarını döyən bu mülki geyimli hökumət qüvvələri haradan çıxır?”.
Hüquqşünas Mohsen Burhani də bu videoya cavab olaraq münasibət bildirib:
“Şagirdin məktəbdə zəhərlənməsinə etiraz olaraq qışqıran qadının günahı yoxdur, o, etiraz edir və narahatdır. Səsini kəsmək üçün onun saçını yolmaq, üzünə və ağzına toxunmaq da artıq halal olub? Siz hansı dinə və ayinə inanırsınız?”,-deyə o, əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:30 / 02.03.2023
İranda növbəti VƏHŞİLİK: Polislər analara hücum ETDİ - VİDEO
Hazırda oxunan: İranda növbəti VƏHŞİLİK: Polislər analara hücum ETDİ - VİDEO
Hazırda oxunan: İranda növbəti VƏHŞİLİK: Polislər analara hücum ETDİ - VİDEO
123350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.