Xameneinin qohumu mülklərini sataraq pullarını XARİCƏ ÇIXARDI - FOTO

Hazırda oxunan: Xameneinin qohumu mülklərini sataraq pullarını XARİCƏ ÇIXARDI - FOTO

123159

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin yaxın qohumu ölkədəki mülklərini sataraq pullarını xaricə çıxarıb.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu İranın tanınmış jurnalisti Fərəhmənd Əlipur tviter səhifəsində yazıb.

O bildirib ki, S.Ə.Xameneinin oğlu Məsud Xameneinin qaynı və əntiq mallar, antikvar sahəsində məşhur iş adamı Sadiq Xərrrazi son bir neçə ayda ölkədəki mülklərini sataraq pullarını Braziliya banklarına köçürüb.

F.Əlipurun yazdığına görə, S.Xərrazi bundan öncə də öz dostlarına ölkədə müharibə ehtimalının yüksək olduğunu söyləyərək pullarını İrandan çıxarmağı tövsiyə edib.

Qeyd edək ki, S.Xərrazi “İran diplomatiyası” saytının təsisçisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin