İran 12 gün ərzində nüvə bombası üçün materiallar istehsal edə bilər – Pentaqon

Hazırda oxunan: İran 12 gün ərzində nüvə bombası üçün materiallar istehsal edə bilər – Pentaqon

123130

İran təxminən 12 gün ərzində bir nüvə bombası üçün kifayət qədər parçalanan material istehsal edə bilər.

Bizim.Media Reuters agentliyinə xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kal deyib. 

Ona “Bayden administrasiyası niyə Birgə Kompleks Fəaliyyət Planını (JCPOA) canlandırmaq istəyir?” sualı verilib. Cavab isə belə olub:

"Çünki biz JCPOA-dan çıxdığımızdan bəri İran nüvə məsələsində irəliləyiş edib.  Hələ 2018-ci ildə, əvvəlki administrasiya JCPOA-dan çıxmaq qərarına gələndə, İranın bir bomba üçün parçalanan material istehsal etməsi təxminən 12 ay çəkəcəkdi, indi isə bu, təxminən 12 gündür".

Xatırladaq ki, 2015-ci ildə İran, ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və Çin İrana qarşı iqtisadi sanksiyaların ləğvi müqabilində Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıb.

2018-ci ilin yazında ABŞ sazişdən çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. 

Bundan sonra rəsmi Tehran zənginləşdirilmiş uran ehtiyatlarını çoxaldıb və 2020-ci ildə müqavilədən tamamilə çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin