“Azərbaycanla sülh sazişində Qarabağla bağlı bəndlər olmamalıdır” - Alen Simonyan

Hazırda oxunan: “Azərbaycanla sülh sazişində Qarabağla bağlı bəndlər olmamalıdır” - Alen Simonyan

122980

Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı bir sıra təkliflər üzrə konsensus var.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib.

O, prosesə mane ola biləcəyinə işarə edərək, konsensusun nədən ibarət olduğunu səsləndirməyib, sadəcə izah edib ki, bunlar “beynəlxalq səviyyədə tanınmış prinsiplərdir”.
"Sülh müqaviləsində Qarabağla bağlı bəndlər olmamalıdır", - deyə o, əlavə edib.   

Simonyan Ermənistan tərəfinin son təkliflərinə Bakının reaksiyası barədə məlumata malik olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin