“Azərbaycanlı xilasedicilər və həkimlər zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirir, insanların xilası üçün fədakarlıqla çalışırlar”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizin başçısı İlham Əliyevlə İstanbulda görüşü zamanı bildirib.
Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
Bizim.Media
- A-
- A
- A+
Region
18:47 / 25.02.2023
Ərdoğan İlham Əliyevə dəstək və humanitar yardımlara görə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Ərdoğan İlham Əliyevə dəstək və humanitar yardımlara görə TƏŞƏKKÜR ETDİ
Hazırda oxunan: Ərdoğan İlham Əliyevə dəstək və humanitar yardımlara görə TƏŞƏKKÜR ETDİ
122554
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.