İranda şallaq və həbs cəzası ilə hədələnən model ölkədən getdi - FOTO 

Hazırda oxunan: İranda şallaq və həbs cəzası ilə hədələnən model ölkədən getdi - FOTO 

122440

İranlı model Neqziya açıq-saçıq geyim markası üçün çəkilişə qatıldığından "əxlaqsızlıq" sayılan fotolarına görə şallaq və həbs cəzasına məhkum ediləcəyilə hədələnib və ölkəsini tərk edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Azad İran” yayıb. 

Məlumata görə,  Neqziya Tehranda incəsənət adamları ilə əməkdaşlıq edib. Həmin sənətçilərdən birinin tutulması nəticəsində Neqziyanın yarıçılpaq şəkilləri polisin əlinə keçib və polis istintaqa təqdim edib.  

O, öncə Türkiyəyə viza alır, sonra Parisə yollanır və burada yaşamağa qərar verir. İranlı model başına gələnləri Parisdə yaşayan vəkil vasitəsilə sosial mediada yayıb.  

Mediada yayılmış məlumatlar Fransanın daxili işlər nazirinin diqqətindən yayınmayıb və o, iranlı gənc modelin sığınacaq istəyinə təcili olaraq müsbət cavab verilməsi üçün aidiyyatı qurumlara ünvanlanmış tvit atıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin