Aİ müşahidəçiləri bizi yeni hücumdan qoruya bilməzlər - Erməni politoloq

Hazırda oxunan: Aİ müşahidəçiləri bizi yeni hücumdan qoruya bilməzlər - Erməni politoloq

122333

Ermənistan sərhədində Aİ müşahidəçilərinin yerləşdirilməsi heç bir gücü olmayan simvolik addımdır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni politoloq Artur Xaçikyan Yerevan.Today nəşrinə müsahibəsində səsləndirib.

“Bu müşahidəçilər bizi yeni hücumdan qoruya bilməzlər. Birincisi, onlar bizi qorumaq üçün silahlanmayıblar. İkincisi, onların mandatı yoxdur və sonda burada gördüklərini kosmik kəşfiyyat sistemlərinin, peyklərin köməyi ilə də görmək olardı”.

Artur Xaçikyan hesab edir ki, müşahidəçilər sadəcə olaraq xalq üçün təhlükəsizlik illüziyası yaratmaq istəyirlər:

“Məqsəd isə əhalinin Rusiyanın təsir dairəsindən imtina etməsidir”.

Politoloqun fikrincə, hücum olarsa, müşahidəçilər hava limanına gedəcəklər və Brüsselə uçacaqlar:

“Türk ordusu ilə qarşıdurmada tək qalacağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin