“Azərbaycan prezidenti İlham Əliyevin Münhendə səsləndirdiyi tələbləri ilə tanış oldum və onları tamamilə ədalətli hesab edirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri erməni əsilli məşhur alim və tədqiqatçı Filip Ekozyants səsləndirib.
“Əgər Qarabağ Azərbaycan torpağıdırsa, onda nələrin baş verəcəyi ilə bağlı qərarı Azərbaycan hökuməti verməlidir. Və nəzarət-buraxılış məntəqəsi təşkil edilməlidir ki, Azərbaycan tərəfi Laçın yolu ilə onun ərazisinə gətirilənlərə nəzarət edə bilsin. Azərbaycan ərazisində isə biznes Azərbaycan hakimiyyətinin icazəsi ilə aparılmalıdır”, - deyə o, əlavə edib.
Ekozyants hesab edir ki, İrəvanın illərdir Qarabağ məsələsinin guya bütün ermənilər üçün ekzistensial xarakter olması təbliğatı cəfəngiyyatıdır:
“Onu yayanlar heç olmasa bir iş görsünlər ki, ermənilər Ermənistanın özündən, konkret olaraq İrəvandan getməsinlər. Erməni əhalinin Ermənistan Respublikasından köçməsi ekzistensial problemdir. Qoy ermənilər əvvəlcə Ermənistanın tam ağaları olsunlar. Bu gün yaranmış vəziyyətdə ermənilər və azərbaycanlılar mehriban qonşuluq münasibətlərini bərpa etmək istəyirlərsə, ən əhəmiyyətsiz qərarı çox diqqətlə ölçüb-biçməli, hər addımı, hər sözü düşünməlidirlər”.
Onun fikrincə, ermənilərlə azərbaycanlıların Qarabağda birgə yaşaması tarix baxımından məntiqli və düzgündür, çünki belə yaşamaq təcrübəsi var:
“Bu təcrübə bir neçə qısa dövr istisna olmaqla, müsbətdir”.
Bizim.Media
- A-
- A
- A+
Region
13:45 / 24.02.2023
Laçın yolunda nəzarət-buraxılış məntəqəsi təşkil edilməlidir - Erməni alim
Hazırda oxunan: Laçın yolunda nəzarət-buraxılış məntəqəsi təşkil edilməlidir - Erməni alim
Hazırda oxunan: Laçın yolunda nəzarət-buraxılış məntəqəsi təşkil edilməlidir - Erməni alim
122330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.