İran İslam Respublikasının minalardan təmizləmə mərkəzinin nümayəndə heyətinin Ermənistana səfəri davam edir.
Ermənistanın humanitar və minalardan təmizlənməsi üzrə ekspert mərkəzi xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistan Müdafiə Nazirliyinin xüsusi işlər üzrə direktoru Levon Xaçatryan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla rəsmi görüş keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, İranın Minalardan Təmizləmə Mərkəzinin sədri general Məhəmmədhüseyn Əmir Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti İrəvandakı Göy məscidə baş çəkiblər.
Qonaqlar habelə Tsisernakabarddakı qondarma “Erməni Soyqırımı Memorialını və Muzeyini” də ziyarət ediblər.
Görüşün sonunda Ermənistanın Ərazilərin Minalardan Təmizlənməsi və Humanitar Ekspertiza Mərkəzi ilə İranın Minatəmizləmə Mərkəzi arasında minatəmizləmə sahəsində təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı birgə protokol imzalanıb.
Bizim.Media
- A-
- A
- A+
Region
13:39 / 21.02.2023
İrandan Türkiyə və Azərbaycana qarşı növbəti XƏYANƏT
Hazırda oxunan: İrandan Türkiyə və Azərbaycana qarşı növbəti XƏYANƏT
Hazırda oxunan: İrandan Türkiyə və Azərbaycana qarşı növbəti XƏYANƏT
121692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.