Rusiyada yaşayan erməni jurnalist, "News Media" holdinqinin təsisçisi Aram Qabrelyan öz telegram kanalında Ermənistan baş nazirinin ictimaiyyətə açıqlanmasını qadağan etdiyi hadisə ilə bağlı paylaşım edib.
Jurnalistin sözlərinə görə, Paşinyanla bağlı hadisə 2020-ci ilin oktyabrında, müharibənin qızğın vaxtında baş verib.
Belə ki, Paşinyan ali baş komandan kimi özünü göstərməyə qərar verib və Syunikdə dövlət qurumlarından birində böyük bir görüş təşkil edib. Pafosla danışmağa və Syunikin müdafiəsini necə təşkil ediləcəyi ilə bağlı göstərişlər verən Paşinyanın alovlu nitqi eşidilən dron səsi ilə kəsilib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Azərbaycan PUA-larından qorxub qaçıb
Dron səsindən qorxuya düşən Nikol Paşinyan “zirzəmi haradadır?” deyə bağırmağa başlayıb. Yol boyu kişiləri və qadınları arxada qoyaraq özünü bomba sığınacağına atan Paşinyan, hətta mühafizəçiləri belə arxada qoyub.
Paşinyanın bomba sığınacağının bir küncündə siçan kimi qıvrıldığını qeyd edən jurnalist, onun tanrıya dua etməyə başladığını da əlavə edib. Mühafizəçilər və ətrafdakı insanların isə ona ikrahla və utancla baxıdıqlarını qeyd edib.
5 dəqiqədən sonra dronun səsi kəsilib, amma Paşinyan qorxmuş şəkildə ətrafdakılara aviasiya çağırmağı, səmanı yoxlamalarını əmr edib.
Yalnız bir saat yarımdan sonra qorxudan dəhşətə gələn Paşinyanı zirzəmidən çıxarıb maşına mindiriblər. Onu güllə keçirməyən jiletlərlə əhatə ediblər və İrəvana aparıblar.
Bizim.Media