Avropa Birliyinin Ermənistana uzunmüddətli 100 nəfərlik mülki missiyası silahsız olsa da, regionun gələcəyi üçün kritik nəticələrə gətirib çıxara bilər.
Bizim.Media xəbər verir ki, belə qənaətə ABŞ-ın Karneqi Fondunun analitiki Kirill Krivoşeyev gəlib.
Müəllif qeyd edir ki, Aİ missiyası 2025-ci ildə fəaliyyətini dayandıracaq. Təxminən eyni vaxtda Rusiyanın Qarabağdakı iki minlik sülhməramlı missiyasının taleyi həll olunacaq.
Ermənistanın hazırkı rəhbərliyi, xüsusilə baş nazir Nikol Paşinyan Rusiyaya etibar etmədiyi üçün Aİ-nin müşahidəçilərini regiona gətirməyə çalışır.
Bu missiyanın həyata keçirilməsi İrəvanda diplomatik qələbə hesab olunur və onlar hesab edirlər ki, avropalı mülki müşahidəçilər (əslində bunlar Fransa jandarmiyası və Almaniya xüsusi təyinatlılarından ibarətdir – red.) onları Azərbaycanın mümkün hərbi müdaxiləsindən qoruyacaq.
Yeri gəlmişkən, rəsmi Bakı qonşu ölkəyə qarşı ərazi iddiasının olmadığını dəfələrlə bəyan edib. Silahlı qüvvələrimiz isə Ermənistanla sərhəddə, Azərbaycanın suveren torpağında mövqe tutub.
Bizim.Media
- A-
- A
- A+
Region
14:46 / 19.02.2023
Paşinyanın “Avropa missiyası” rus qoşunlarını Cənubi Qafqazdan çıxaracaq - Karneqi Fondu
Hazırda oxunan: Paşinyanın “Avropa missiyası” rus qoşunlarını Cənubi Qafqazdan çıxaracaq - Karneqi Fondu
Hazırda oxunan: Paşinyanın “Avropa missiyası” rus qoşunlarını Cənubi Qafqazdan çıxaracaq - Karneqi Fondu
121344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.