Türkiyənin milli müdafiə naziri Hulusi Akar parlamentdə təşkil olunan iclasda Qarada 13 Türkiyə vətəndaşını qətlə yetirən PKK terrorçusunun kimliyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazir bildirib ki, bu, "Sorej” kod adlı Kamuran Atamandır.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə PKK-ya qarşı əməliyyat - 718 nəfər tutuldu
H.Akar qeyd edib ki, K.Ataman "narıncı siyahı” ilə axtarışdadır:
"Terrorçu 2017-ci ildən Beytüşşəbap bölgəsində bir çox qətliama qatılıb. Oradan müxtəlif yollarla qaçaraq, Qamışlıda, Derikdə 2017-2018-ci illərdə "cəbhə cavabdehi” olaraq çalışıb”.
Bizim.Media