Putinin işdən çıxardığı generalın meyiti evində tapıldı – FOTO

Hazırda oxunan: Putinin işdən çıxardığı generalın meyiti evində tapıldı – FOTO

120435

Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin keçmiş rəis müavini, polis general-mayoru Vladimir Makarov Qolikov kəndindəki evində başından güllə yarası ilə ölü tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “starhit.ru” saytı yayıb.

Mənbə yazır ki, “Berkut-2M” karabini onun yanında dəlil kimi götürülüb.

Meyiti kottecdə arvadı aşkar edib, oğluna zəng vurub və o, təcili yardım çağırıb. Həkimlər bir nəfərin öldüyünü bildiriblər. Onun intihar etdiyi müəyyən edilib.

General yanvar ayında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə vəzifəsindən azad edilib.

Rusiya mətbuatı yazır ki, istefa verəndən sonra o, depressiyaya düşüb. Generalın ailəsi İstintaq Komitəsində dindirilib. Ailə dostu iddia edir ki, meyitin yanında Telegram kanallarının yazdığı silah tapılmayıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin