Amerikalı seysmoloqdan Türkiyə ilə bağlı ilginç AÇIQLAMA – “Zədələnmiş ərazilər var” 

Hazırda oxunan: Amerikalı seysmoloqdan Türkiyə ilə bağlı ilginç AÇIQLAMA – “Zədələnmiş ərazilər var” 

120368

“24 saatdan az müddətdə iki belə böyük zəlzələnin meydana gəlməsi görünməmiş hadisədir. Biz seysmoloji cihazların ixtirasından bəri belə bir hadisə görməmişik”.

Bizim.Media xəbər verir ki, bunu Vaşinqton Universitetinin Yer Elmləri Departamentinin professoru və Sakit Okean Şimal-Qərb Seysmik Şəbəkəsinin direktoru Harold Tobin mərkəzi Kahramanmaraş olan zəlzələlərlə bağlı diqqət çəkən açıqlamasında bildirib.

Professor 10 şəhərdə baş verən zəlzələlərin miqyası və strukturundan bəhs edib.

Uşaqlığının 5 ilini Osmanlı ilə bağlı araşdırmalara həsr edən, atasının doktorluq dissertasiyası müdafiə etdiyi müddətdə İstanbul və Ankarada keçirdiyini söyləyən amerikalı seysmoloq, üzərində çalışdığı sahələrdən birinin də Anadolu qırılma xətti olduğunu bildirib.
Həmçinin Türkiyənin zəlzələyə ən çox meyilli ölkələrdən biri olduğunu, mərkəzi Kahramanmaraş olan zəlzələlərin həqiqətən də çox böyük olduğuna diqqət çəkib:

“Bunlar təkcə Türkiyədə son illərdə yaşadığımız deyil, həm də dünyada son yüz il və ya daha uzun müddətdir baş verən ən böyük zəlzələdir. 7,7 bal gücündə baş verən ilk zəlzələ illərdir məlum qırılma xəttində meydana gəlib.

Bu bölgədə zəlzələlər gözlənilirdi, lakin zəlzələnin gücü proqnozlaşdırılandan da böyük olub. Tarixdə Şərqi Anadolu qırılma xəttində bu qədər böyük bir zəlzələnin baş verdiyini düşünmürəm. Miqyası böyük zəlzələ qırılma xəttində çox böyük bir əraziyə yayıldı.

Təbii ki, biz qırılma xəttində digər bölgələrə də təsir edən afterşokların şahidi oluruq. Lakin 9 saat sonra 7,6 bal gücündə baş verən zəlzələ bu xəttlə bağlıdır, amma tamam başqa xətt üzrədir.
Bu xətt də əvvəldən məlum idi, amma belə böyük zəlzələlər olacağı gözlənilmirdi. İki xəttin bir araya gəlməsi təssüf ki, dəhşətli bir faciədir.

Birinci zəlzələ çoxlu dağıntılara səbəb olub, ikincisi isə artıq zədələnmiş əraziləri silkələyib. Bu, axtarış-xilasetmə qrupları və ərazidəki insanlar üçün həqiqətən çətin vəziyyətdir”, – deyə Tobin qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin