Artıq bir neçə gündür ki, Ermənistan mediası və sosial şəbəkələri Anna Akopyanın Qazaxıstan aeroportunda düşdüyü rəzil durumdan yazır.
Bizim.Media xəbər verir ki, hadisə Ermənistanın baş naziri Nikol Paşiniyanın bu ölkəyə işgüzar səfəri zamanı baş verib. Nikol protokoldan kənara çıxaraq bu səfərə arvadını da özü ilə götürüb.
Ona görə də Paşinyanı qarşılayan yerli rəsmilər və səfirlik işçiləri Annanı görməzdən gəliblər.
Təyyarənin pilləkənlərini enəndən sonra Anna Akopyana etiket qaydalarına əsasən gül təqdim edilməməsi erməni baş nazirin arvadına pis təsir edib. Pərtliyini kameralardan yayındırmağa cəhd edən Akopyan Paşinyanı tələsdirməyə çalışıb.
Bizim.Media