Azərbaycan Prezidentinin müvafiq tapşırığı və çağırışına uyğun olaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə 12 000 ABŞ dolları dəyərində maddi yardım göstərib.
Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin kollektivi adından ayrılan ianə zərərçəkmiş insanlara dəstək məqsədilə yaradılan müvafiq bank hesabına köçürülüb.
"ANAMA zəlzələ nəticəsində həyatını itirən türkiyəli qardaşlarımıza Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir", - məlumatda vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:12 / 11.02.2023
ANAMA-dan zəlzələdən zərərçəkənlərə maddi YARDIM
Hazırda oxunan: ANAMA-dan zəlzələdən zərərçəkənlərə maddi YARDIM
Hazırda oxunan: ANAMA-dan zəlzələdən zərərçəkənlərə maddi YARDIM
119871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.