Türkiyədəki zəlzələdə qardaş ölkə vətəndaşı Selçuk Aydemiri xilas edən azərbaycanlı İlham tapılıb.
Bizim.Media xəbər verir ki, "İTV" kanalının "Sabaha saxlamayaq" verilişinə gələn İlham həmin zəlzələ anını belə xatırlayıb:
"Mən ora iş görüşməsi üçün getmişdim. Səfərim fevralın 2-si və 5-i tarixlərində oldu. Artıq ayın 5-i mən Azərbaycana qayıtmalı idim. Uçuşlar təxirə salındığından gediş-gəliş mümkün olmadı. Gecə zəlzələ oldu.
Divarlar üstümə yağanda artıq gördüm ki, vəziyyət ciddidir. Həmin vaxt otel ayaqda qala bilmişdi. 40-45 dəqiqə sonra polislər gəldi. Təsadüfən yuxarıda kiminsə fənərlə işıq saldığını gördüm.
Polisə yaxınlaşdım, yuxarıda kiminsə olduğunu dedim. Sonra 13-cü mərtəbəyə qalxdım. 14-cü mərtəbədə bir adam var idi, Selçuk bəydən əvvəl onu xilas etdim.
13-cü mərtəbədə isə Selçuk bəyi xilas etdim. 6-cı mərtəbədə isə avstraliyalı turist var idi. Onu xilas edə bilmədim. Onu xilas etmək üçün kömək çağırdım", - deyə qeyd edib.
Daha ətraflı videoda:
Bizim.Media