Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu Pakistan prezidenti ilə görüşdü - FOTO
Çavuşoğlu əvvəlcə ABŞ-ın dövlət katibini yeni vəzifəyə təyin olunması ilə əlaqədar təbrik edib.
Daha sonra dövlət rəsmiləri FETÖ, PKK/PYD mövzusunu, terrorla mübarizə, “S-400” və bəzi regional məsələləri müzakirə ediblər.
Eyni zamanda Çavuşoğlu ABŞ-ın PKK terrorçuları tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşı ilə bağlı açıqlamasından narahatlığını ifadə edib.
Hər iki nazir yaxın gələcəkdə gündəmdə olan mövzuları daha ətraflı şəkildə müzakirə etmək üçün bir daha danışıqlar aparacaqlarını bildiriblər.
Bizim.Media