"Avropa Ermənistana nifrətlə baxmağa başlayıb. Bu, təkcə Avropaya deyil, İrana, Rusiyaya, ABŞ-a və bütün dünyaya da aiddir".
Bizim.Media xəbər verir ki, bu fikirləri “Hayastan" blokunun deputatı, “Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryan parlamentin iclasında səsləndirib.
Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında münasibətlər heç vaxt indiki kimi gərgin olmayıb.
“Bunu, hətta indiki hakimiyyət də gizlətmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatı bunun əyani təsdiqidir. Gəlin, illüziya yaratmayaq ki, KTMT ilə yaranan problemlər, Rusiya Federasiyası ilə münasibətlər "Vdoxnoveniye” şokoladı kimi gözəl və iştah açandır. ABŞ Dövlət Departamentinin “Ermənistandakı korrupsiya investisiyalara mane olur” açıqlaması da təsadüfi deyil. Bütün dünya bizə nifrətlə baxmağa başlayıb”, - Xaçatryan bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:54 / 09.02.2023
“Bütün dünya Ermənistana nifrətlə baxır” – Erməni deputatın ETİRAFI
Hazırda oxunan: “Bütün dünya Ermənistana nifrətlə baxır” – Erməni deputatın ETİRAFI
Hazırda oxunan: “Bütün dünya Ermənistana nifrətlə baxır” – Erməni deputatın ETİRAFI
119505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.