“Azərbaycana və Türkiyəyə nifrət etməkdən əl çəkməliyik”.
Bizim.Media “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında parlamentin vitse-spikeri Akop Arşakyan deyib.
“Hər kəsin dövlət maraqları var. Nifrət müalicəyə ehtiyacı olan xəstəlikdir. Nifrət o deməkdir ki, kimlərsə sizi manipulyasiya edir”, - o, əlavə edib.
Arşakyan, həmçinin qonşularla münasibətin tez bir zamanda yaxşılaşdırılmasının vacibliyinə işarə edib:
“Ermənistan, Türkiyə və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən başqa oyunçular sui-istifadə edirlər. Biz dialoqa girməliyik. Çünki bu, bizim dövlət maraqlarımızın tələbidir Biz kiminsə alətinə çevrilməməliyik”.
Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.
İkinci Qarabağ müharibəsindən - Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
Ötən il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub. Bu ilin yanvar ayında Türkiyə ilə Ermənistan arasında birbaşa hava daşımaları başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:32 / 09.02.2023
Ermənistan parlamentinin vitse-spikeri: “Azərbaycana və Türkiyəyə nifrət etməkdən əl çəkməliyik”
Hazırda oxunan: Ermənistan parlamentinin vitse-spikeri: “Azərbaycana və Türkiyəyə nifrət etməkdən əl çəkməliyik”
Hazırda oxunan: Ermənistan parlamentinin vitse-spikeri: “Azərbaycana və Türkiyəyə nifrət etməkdən əl çəkməliyik”
119465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.