“Türkiyəyə başsağlığı verdim və düzgün etdim” – Erməni spiker

Hazırda oxunan: “Türkiyəyə başsağlığı verdim və düzgün etdim” – Erməni spiker

119409

Xəbər verdiyimiz kimi, Ermənistanın prezidenti, baş naziri və parlamentin spikeri baş verən zəlzələyə görə Türkiyəyə başsağlığı verib. Rəsmi İrəvan eyni zamanda fəlakət zonasına xilasedicilər göndərib. İqtidarın bu addımı erməni müxalifəti tərəfindən sərt tənqid edilib.

Parlamentin sədri Alen Simonyan müxalifətin ittihamlarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

"Bəs biz nə edək, yığışaq, 90 milyon əhalisi olan Türkiyəyə qarşı gedək? Başa düşmək istəyirəm ki, sizin versiyanız nədir. Mən də Türkiyəyə başsağlığı verdim və düzgün etdim", - erməni spikeri qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 873 nəfər həyatını itirib, 62 937 şəxs xəsarət alıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin