Paşinyan: “Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın ticarətini artıracaq”

Hazırda oxunan: Paşinyan: “Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın ticarətini artıracaq”

119276

Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermənistanın Avrasiya İqtisadi Birliyinin (AİB) digər üzv ölkələri ilə ticarətini ciddi şəkildə artıracaq.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı”nda Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçirilən iclasının yekunlarını şərh edərkən deyib. 

Onun sözlərinə görə, Ermənistanla AİB-in digər dövlətləri arasında yalnız bir quru yolu var, o da Gürcüstandan keçir:

“Aydındır ki, imkanlar məhduddur, müvafiq olaraq, Azərbaycan ərazisindən avtomobil və dəmir yolu marşrutlarının açılması Ermənistanla AİB arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını təmin edərdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin