Türkiyədə zəlzələnin baş verdiyi bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə 5 yaşlı Yağmurun xilas edilməsi zamanı atası ilə dialoqunu əks etdirən görüntülər yayılıb.
Yağmurun atası da xilasetmə işlərində iştirak edib.
Dağıntılar arasından atasını görən 5 yaşlı Yağmur fəryad edib:
“Çox üşüyürəm ata, anamın yanına getmək istəyirəm”.
Yağmuru sakitləşdirməyə çalışan ata isə deyib ki, xilasedicilər sənə yaxınlaşırlar, qurtaracağıq səni.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media