Bəzi məsələlərdə Azərbaycanla mövqelərimizi yaxınlaşdıra bildik - Mirzoyan 

Hazırda oxunan: Bəzi məsələlərdə Azərbaycanla mövqelərimizi yaxınlaşdıra bildik - Mirzoyan 

119204

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla İrəvanda keçirdiyi mətbuat konfransında bəzi məsələlərdə Azərbaycanla mövqeləri yaxınlaşdırmağın mümkün olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.

Nazirin sözlərinə görə, Bakı ilə sülh müqaviləsi üzrə danışıqlar ardıcıl prosesdir və tərəflər təklif və şərhlər mübadiləsi aparır. Eyni zamanda bu məsələlərin müzakirəsi üçün nazirlərin görüşləri keçirilir.
Mirzoyan qeyd edib ki, Ermənistan Laçın dəhlizi ilə bağlı  Moskvada nəzərdə tutulan növbəti görüşdə iştirak edə bilməyib.

"Təxminən 10 gün əvvəl biz Azərbaycandan cavab və başqa bir təklif aldıq. Hazırda müzakirə mərhələsindəyik. Bu, danışıqlar prosesinin, əslində, dayanmadığını deməyə əsas verir. İndi də yeni şərhlərimizi açıqlayacağıq” - Mirzoyan deyib.

O, təkliflərin məzmununu və təfərrüatlarını açıqlamayıb:

“Bəzi mərhələlərdə tərəflərin müxtəlif məsələlərlə bağlı mövqeləri üst-üstə düşür, bəzən bir-birindən “uzaqlaşır”. Bir daha deyirəm, müəyyən məsələlərdə biz mövqeləri yaxınlaşdırmağa nail olmuşuq”, - Mirzoyan bildirib.
O, eyni zamanda qeyd edib ki, Ermənistanın bu prosesdə bir sıra fundamental problemləri var. Onlar dəfələrlə ictimai müzakirəyə çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin