"Zəlzələ peyğəmbəri"nin son paylaşımı: “Türkiyədə yenə yeraltı təkanlar olacaq”

Hazırda oxunan: "Zəlzələ peyğəmbəri"nin son paylaşımı: “Türkiyədə yenə yeraltı təkanlar olacaq”

119169

Xəbər verdiyimiz kimi, niderlandlı geoloq Frank Hoogerbeets fevralın 3-də Tvitter hesabında Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıb. Hətta o, zəlzələnin gücünü də dəqiq müəyyənləşdirib: “Gec-tez bu regionda (Cənubi, Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livan) təxminən 7,5 bal gücündə zəlzələ olacaq”.

Türkiyədə fevralın 6-da baş verən zəlzələ xəbərindən sonra alimə “peyğəmbər” adı verilməyə başlayıb. Üstəlik, o, 2015-ci ildə Nepalda dağıdıcı zəlzələ olacağını da demişdi.

O zaman 8000-dən çox insan vəfat etmişdi.

Bizim.Media xəbər verir ki, niderlandlı tədqiqatçı zəlzələ ilə bağlı bu gün daha bir tvit yazıb. 

Onun paylaşımına görə, Türkiyənin mərkəzi hissəsində baş verən güclü zəlzələlər gərginliyin bölgə üzrə paylanmasında əhəmiyyətli dəyişikliklərə səbəb olub, nəticədə Fələstinədək seysmik aktivlik azalıb. 
Geoloq qeyd edib ki, fevral ayının 8-də, 10-da və 13-14-də təxminən 6 bal gücündə yenidən yeraltı təkanlar olacaq: “Bu dəfə dağıdıcılıq səviyyəsi aşağı düşəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin