“Zəlzələlərin davam edəcəyi gözlənilir” - Akademik

Hazırda oxunan: “Zəlzələlərin davam edəcəyi gözlənilir” - Akademik

119165

“Son 20 ildə yer aktivlik dövrünü yaşayır”.

Bizim.Media xəbər verir ki, bunu akademik Fəxrəddin Qədirov Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş Ümumrespublika elmi seminarında deyib.

O bildirigb ki, Afrika piltəsinin aktivləşməsi Ərəb piltəsinin də aktivləşməsinə səbəb olub: 

“Nəticədə də biz, bölgədə belə zəlzələlərin şahidi oluruq və görünür ki, hələ davam edəcək. Türkiyədə baş verən zəlzələlərdən sonra afterşoklar hələ də davam edir. 
Düzdür, zəlzələnin baş verəcəyi vaxtı proqnozlaşdırmaq mümkün deyil, amma onunla yaşamağı öyrənməliyik. Hesab edirik ki, Xoyda olan zəlzələ də Ərəb piltəsindəki aktivləşmənin nəticəsi idi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin