Mərkəzi Kahramanmaraş olan 10 əyalətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Çinin mülki yardım qrupu fəlakətin bərpası işlərinə dəstək olmaq üçün Türkiyəyə gəlib.
Bizim.Media xəbər verir ki, bununla bağlı foto Telegram kanallarında yer alıb.
Qeyd edək ki, Çin Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (CIDCA) vitse-prezidenti Dinq Boqinq Pekin rəhbərliyinin Türkiyəyə dəstək üçün təcili humanitar yardım mexanizmini işə saldığını bildirib.
Onun sözlərinə görə, CIDCA vasitəsilə Türkiyəyə 40 milyon yuan (5,8 milyon dollar) təcili maliyyə yardımı göstəriləcək.
Çin Qızıl Xaç Cəmiyyəti də Türk Qızıl Aypara Cəmiyyətinə 200 min dollarlıq təcili humanitar yardım köçürəcəyini də açıqlayıb. Zəlzələdən zərər çəkmiş bölgələrdəki yardım səylərini yaxından izlədiklərini bildirən qurum rəsmiləri lazım gəldikdə daha çox yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Türkiyədəki Çin vətəndaşlarının da təbii fəlakətdən xilasetmə işlərinə dəstək verdiyini və Çindən gələn ilk yardım ləvazimatlarının, o cümlədən çadırlar, yataq çantaları və adyalların bu gündən paylanmağa başlamasının gözlənildiyini bildirib.
Xatırladaq ki, Türkiyədə fevralın 6-sı baş verən zəlzələ nəticəsində 6234 insan həlak olub, daha 37 011 nəfər isə yaralanıb. Təbii fəlakətlə əlaqədar Türkiyədə 1 həftəlik matəm elan edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:22 / 08.02.2023
Çinin axtarış-xilasetmə qrupu Türkiyədədir – FOTO
Hazırda oxunan: Çinin axtarış-xilasetmə qrupu Türkiyədədir – FOTO
Hazırda oxunan: Çinin axtarış-xilasetmə qrupu Türkiyədədir – FOTO
119157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.