Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələ nəticəsində dağıntılar alıtnda qalmış körpə Məhəmmədin xilas edilməsi anları görənləri heyrətə salıb. Onu xilas edənlərlə dialoqa girən Məhəmmədin diraəti uşağın başına yığışanları təəccübləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Xilasedicilər güc toplaması üçün Məhəmmədə su verirlər. Onlar həmçinin, çətin durumdan qurtulmaq üçün uşağa təskinlik verməyə çalışırlar.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media