DHA agentliyinin müxbiri ailəsi ilə birgə zəlzələdə öldü

Hazırda oxunan: DHA agentliyinin müxbiri ailəsi ilə birgə zəlzələdə öldü

119117

Türkiyənin "DHA" xəbər agentlyinin Hataydakı müxbiri İzzət Nazlı ailəsi ilə birgə zəlzələ nəticəsində həlak olub.

Bizim.Media "DHA"ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində İ.Nazlı, onun həyat yoldaşı və 2 uşağının yaşadığı bina çöküb, onlar dağıntılar altında qalıblar.

Məlumata əsasən, zəlzələdən 35 saat sonra onların cəsədləri aşkar edilib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin